Ru
22:10 / 26 Oktyabr 2025

Dmitriyev ABŞ-a hədiyyə olaraq “Putin şokoladı” apardı - Foto

Dmitriyev ABŞ-a hədiyyə olaraq “Putin şokoladı” apardı - Foto
Eye

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Nyu Yorka Rusiya lideri Vladimir Putinin şəkilləri və onun sitatları olan şokoladlar gətirib.

Bakupost.az xəbər verir ki, bu barədə Dmitriyev Teleqram kanalında məlumat yayıb.

O, şokoladları “Rusiya-Amerika dialoqu çərçivəsində” hədiyyə olaraq gətirdiyini bildirib.

Dmitriyevin dərc etdiyi fotoşəkildə iki paket göstərilir: birində “Biz özümüzkünü tərk etmirik”, digərində “Böyük insanın böyük sözləri” və “Rusiya ilə güc dili ilə danışmaq mənasızdır” ifadəsi.

Qeyd edək ki, Dmitriyev oktyabrın 24-də ABŞ-a səfər edib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar