Ru
13:25 / 12 Dekabr 2025

Azərbaycanda doğum və ölüm sayı AÇIQLANDI

Azərbaycanda doğum və ölüm sayı AÇIQLANDI
Eye

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80802 doğulan körpə qeydə alınıb.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,5-ə düşmüşdür.

2025-ci ilin on ayı ərzində ölkədə 49846 ölüm halı qeydə alınıb.

Dövlət Statistika Komitəsinin aylıq hesabatında deyilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar