Ru
14:59 / 12 Dekabr 2025

"Pəri Miniatür danışıq yox, məhkəmə yolunu seçib” - Şahbaz Xuduoğlu

"Pəri Miniatür danışıq yox, məhkəmə yolunu seçib” - Şahbaz Xuduoğlu
Eye

“Doğrusu, bizim məhkəmə prosesindən məlumatımız olmayıb. Məhkəmə nə vaxt başlayıb, nə vaxt aparılıb, bilmirəm. Bu barədə “Qanun” nəşriyyatına hər hansı rəsmi çağırış gəlməyib, bundan xəbərim olmayıb”.

Bakupost.az xəbər verir ki, bu sözləri “yenisabah”a açıqlamasında “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyib.

O bildirib ki, rəssam Pəri Miniatürlə rəsmlərindən istifadə mövzusunda əvvəllər də ünsiyyətdə olub və hazırda da dialoqa açıqdır:

“Pəri xanımla mən həmişə danışmışam, bu məsələ ortalığa çıxanda da müzakirə aparmışıq, yenə də söhbət etməyə hazıram! Amma Pəri xanım bu məsələni danışıqla deyil, daha çox məhkəmə qaydasında həll etmək istəyir. Biz də məhkəmədən çağırış alan kimi orada təmsil olunacağıq”.

Qeyd edək ki, Pəri Miniatür “Qanun” və “Xan” nəşriyyatlarını əsərlərindən icazəsiz istifadə etdiyi üçün məhkəməyə verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar