Ru
13:39 / 12 Dekabr 2025

Rusiyada silah zavodunda güclü yanğın – VİDEO

Rusiyada silah zavodunda güclü yanğın – VİDEO
Eye

Rusiya Orenburq vilayətinin Orsk şəhərində "Mexanik" zavodunda güclü yanğın baş verib.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saatlarında qeydə alınıb. Şəhər üzərində duman və tüstü buludu yaranıb.

Bəzi xəbər kanalları yanğından əvvəl güclü partlayışların eşidildiyini və bunun texnogen mənşəli olduğunu yazıb.

Yanğın zavodun 8-ci sexində lak və boya materiallarının alışması səbəbindən başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın faktnı təsdiqləyib və bildirib ki, alovun söndürülməsi əməliyyatı davam edir. İnsan itkiləri barədə rəsmi açıqlama yoxdur. Bundan başqa, nazirlik yanğının ətraf əhaliyə təhlükə yaratmadığını bəyan edib.

"Mexanik" zavodu Rusiyanın müdafiə sənayesində əhəmiyyətli obyektlərdən sayılır. Zavod artilleriya mərmilərinin 50%-dən çoxunu hazırlayır və eyni zamanda reaktiv artilleriya sistemləri (RSZO) üçün komponentlər istehsal edir. Bu məhsullar həm hərbi, həm də neft- qaz sahələri üçün texniki avadanlıq kimi istifadə olunur.




Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar