Ru
16:24 / 12 Dekabr 2025

Adil Nağıyevə 5 illik şərti cəza verildi

Adil Nağıyevə 5 illik şərti cəza verildi
Eye

“Şamaxı”nın sabiq müdafiəçisi, oyun alqı-satqısında ittiham olunan Adil Nağıyev məhkəmə qarşısına çıxarılıb.

Bakupost.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 5 il azadlıqdan məhrum edilib.

Amma ona 1 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab olunub.

A.Nağıyev Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan “Şamaxı” – “Kəpəz” və ötən mövsüm Azərbaycan Kubokunun 1/8 finalında keçirilmiş “Zirə” – “Şamaxı” matçlarının nəticəsini manipuliyasiya etməkdə günahlandırılıb.

Həmin oyunlarda o, komandasının məğlubiyyətinə mərc edib. Bunda isə A.Nağıyevə komanda yoldaşı Georgi Kantariya köməklik göstərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar