“Beş ildir burada fəaliyyət göstərirəm, heç bir zəhərlənmə faktı qeydə alınmayıb”.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Gəncədə 8 şagirdin zəhərləndiyi “Nur Dönər” kafesinin sahibi Elnur Nəbiyev bildirib.
O, şagirdlərin dönəri aldıqdan sonra saxlanma qaydasını pozduqlarını iddia edib: “Dünən təxminən saat 14 radələrində iki şagird gəlib 30 dönər götürdü, bu, kameralarda da var. 30 dönərdən səkkizində zəhərlənmə olub. Məndə olan məlumata görə, şagirdlərin çoxu dönəri aldıqdan sonra gec yeyiblər. Dönər hazır olandan sonra 30 dəqiqə ərzində yeyilməlidir. Ən azı iki saatdan sonra yeyiblər. Hətta bir nəfər dönərini qardaşına belə aparıb. Gecikmə olub, dönər vaxtında yeyilməyib”.