Şiələrin ən böyük mərcəi-təqlidlərindən olan Ayətullah Sistani bəzi İslam ölkələrində dövlətdən maaş alan ruhanilərə tabe olaraq namaz qılmaq barədə verilən suala cavab verərək deyib:
“Biz tövsiyə edirik ki, dövlətdən maaş alan imam-camaatların arxasında namaz qılınmasın”.
Bakupost.az xəbər verir ki, din xadiminin sözlərinə görə, dini vəzifə daşıyan bir şəxs hökumətdən maaş alırsa, gələcəkdə dövlətin göstərişlərinə uyğun davranmağa məcbur qalacaq. Bu isə dini xidmətlərin siyasiləşməsinə səbəb ola bilər.
Qeyd edək ki, Sistani İran İslam İnqilabının prinsiplərindən olan şiə dövlətçiliyi modelini qəbul etmir və dinin siyasətdən ayrı olmasını müdafiə edir.