Dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 21-nə təyin olunub.
Qeyd edək ki, Əliyeva Fidan Teymur qızı dövlətə xəyanət etməkdə təqsirləndirilir və ona Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin ona verilən ittihamın mahiyyəti açıqlanmayıb.