Dünya əhalisi planetin tutumunu aşmağa başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Britaniyanın “Environmental Research Letters” jurnalı araşdırmaya istinadla məlumat yayıb.
Məlumata görə, əhalinin pik həddi XXI əsrin ikinci yarısında 11-12 milyard nəfərə çata bilər:
“Qlobal istiləşmə və ekosistemlərin fəlakətli şəkildə deqradasiyası təhlükəsini azaltmağa kömək edəcək optimal səviyyə 2,5 milyard insandır”.