Ru
12:34 / 02 Avqust 2019

Dövlət qulluqçusu olmaq istəyənlər! - VAKANSİYA VAR - SİYAHI

Dövlət qulluqçusu olmaq istəyənlər! - VAKANSİYA VAR -  SİYAHI
Eye

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 3-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 42 dövlət orqanında 508 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.



Dövlət İmtahan Mərkəzindən Bakupost-a verilən məlumata görə, müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.



Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər sentyabrın 2-si saat 18:00-dək (30 gün müddətində) "Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.



Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.



Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.



Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.



Namizəd müəyyən edilən şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim olunan məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.



Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.



Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.



Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:



- struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;



- vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.



Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (166 vəzifə) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (38 vəzifə) tərəfindən təqdim olunub.



Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunan vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:



1. Təhil Nazirliyi (166 vəzifə) – AC3 altqrupu üzrə 19, BB3 altqrupu üzrə 51, BB4 altqrupu üzrə 96 vəzifə



2. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (38 vəzifə) – AB3 altqrupu üzrə 1, AB4 altqrupu üzrə 3, AC2 altqrupu üzrə 4, BA4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 16, BB2 altqrupu üzrə 10,



BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 2 vəzifə



3. Səhiyyə Nazirliyi (18 vəzifə) – AA3 altqrupu üzrə 1, AA4 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 4,



BA3 altqrupu üzrə 6, BA4 altqrupu üzrə 6 vəzifə



4. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (20 vəzifə) –BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 1,



BB3 altqrupu üzrə 6, BB4 altqrupu üzrə 11 vəzifə



5. Gənclər və İdman Nazirliyi (31 vəzifə) – AC3 altqrupu üzrə 4, BB3 altqrupu üzrə 7, BB4 altqrupu üzrə 20 vəzifə



6. Mədəniyyət Nazirliyi (8 vəzifə) – AB3 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 2, AC3 altqrupu üzrə 3,



AC4 altqrupu üzrə 2



7. Maliyyə Nazirliyi (2 vəzifə) – BB2 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 1



8. Dövlət Turizm Agentliyi (20 vəzifə) –AB2 altqrupu üzrə 3, AB3 altqrupu üzrə 3, BA3 altqrupu üzrə 11, BA4 altqrupu üzrə 3 vəzifə



9. Dövlət Statistika Komitəsi (36 vəzifə) –BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 8, BB4 altqrupu üzrə 25 vəzifə



10. Əmlak Məsələləri Dövlət Komitəsi (2 vəzifə) – BA4 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 1



11. Bakı Ağır Cinayətlər Məhkəməsi (14 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 13 vəzifə



12. Şirvan Apelyasiya Məhkəməsi (14 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 14 vəzifə



13. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi (9 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 8 vəzifə



14. Laçın Rayon Məhkəməsi (2 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə



15. Ucar Rayon Məhkəməsi (2 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə



16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi (11 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 10 vəzifə



17. Bakı şəhəri Nizami Rayon Məhkəməsi (13 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 12 vəzifə



18. Cəlilabad Hərbi Məhkəməsi (6 vəzifə) – BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 5 vəzifə



19. Şəki İnzibati-İqtisadi Məhkəməsi (6 vəzifə) – BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 5 vəzifə



20. Milli Televeziya və Radio Şurasında – BA4 altqrupu üzrə 1 vəzifə



21. Sumqayıt Şəhər Məhkəməsində - BB4 altqrupu üzrə 17 vəzifə



22. Xaçmaz Rayon Məhkəməsində - BB4 altqrupu üzrə 4 vəzifə



23. Xızı Rayon Məhkəməsində - BB4 altqrupu üzrə 2 vəzifə



24. Şirvan Şəhər Məhkəməsində - BB4 altqrupu üzrə 5 vəzifə



25. Sumqayıt Apelyasiya Məhkəməsində – BA4 altqrupu üzrə 2 vəzifə



26. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində– BB1 altqrupu üzrə 1 vəzifə



27. Şəmkir Rayon Məhkəməsində - BB4 altqrupu üzrə 4 vəzifə



28. Şəki Apelyasiya Məhkəməsində – BA4 altqrupu üzrə 9 vəzifə



29. Şamaxı Rayon Məhkəməsində - BB4 altqrupu üzrə 1 vəzifə



30. Salyan Rayon Məhkəməsində - BB4 altqrupu üzrə 1 vəzifə



31. Qusar Rayon Məhkəməsində - BB4 altqrupu üzrə 2 vəzifə



32. Qəbələ Rayon Məhkəməsində - BB4 altqrupu üzrə 1 vəzifə



33. Gəncə Hərbi Məhkəməsində - BB4 altqrupu üzrə 2 vəzifə



34. Göyçay Rayon Məhkəməsində - BB4 altqrupu üzrə 3 vəzifə



35. Hacıqabul Rayon Məhkəməsində – BB3 altqrupu üzrə 1 vəzifə



36. Mingəçevir Şəhər Məhkəməsində - BB4 altqrupu üzrə 4 vəzifə



37. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 6 vəzifə



38. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 14 vəzifə



39. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 1 vəzifə



40. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 3 vəzifə



41. Bərdə Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 3 vəzifə



42. Cəbrayıl Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 2 vəzifə



Ümumilikdə, müsahibəyə çıxarılan 508 vakant vəzifənin 2-si 3-cü təsnifata, 7-si 4-cü təsnifata, 69-u 5-ci təsnifata, 89-u 6-cı təsnifata, 341-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AA, 15-i AB, 34-ü AC, 61-i BA, 396-sı isə BB vəzifə qrupuna aiddir.

Şərhlər
  • TAGIZADe Dürdanə famil qizi

    Gence dövlət universitetinin tarix və coğrafiya ixtisasıni bitirmişəm ise ehtiyacım var xaiş edirəm meni isle təmin edesiniz

  • NƏSİROVA SAİDA

    Mən xarici dillər universitetini bitirmişəm.Fransiz dili ixtisasına bitirmişəm.0518151829

  • Əhmədov Məzhər

    Hər vaxtınız xeyir Əhmədov Məzhər Mərifət oğlu Naxçıvan Dövlət Universiteti Mühasib uçotu və audit fakültesini bitirmisem. Dövlət qulluqçusu olmaq istəyirəm. Xahiş edirəm köməklik göstərəsiniz 055 580 82 85

  • Rehimov natiq

    Men baki biznes ve koppersya kollecini bitirmisem.vergi ve vergitutma fakultesni.baki seherinde yasayiram ikinci qarabag muharibesi isdirakcisyam. dovletme vetenme guvenib .muraciyet edirem men her hansida bir is olsun ama dovletme xalqima xidmet etmek en boyuk arzumdur xahis edirem komeklik gosteresiniz.050 372 01 35

  • Əhmədov Məzhər

    Hər vaxtınız xeyir Naxçıvan Dövlət Universiteti Mühasib uçotu və audit fakültesini bitirmisem ( 2012-2017 )dövlət qulluğuna imtahan vermek isdeyirem

  • memmedova revane

    men Azerbaycan Dovlet Neft Akademiyasinin Kimya Texnalogiya fakultesini bitirmiwem dovlet qullugunda nece iwe duzele bilerem

  • Rasulzade Aynur Rasul qizi

    08.11.2002.Zaqatala dogumlu.ailede bes usagiq 3 baci iki qardas.atam yoxdur rehmete gedib qardaslarim muharibe istrakcilaridir men Sumqayit Eziz Eliyev adina tibb kollecin eczaciliq fakultesin bitirmisem praktikamda var dovlet qullugunda islemek isteirem .komeklik gostererdiz cox sagolun

  • Ulvi Kazimov

    Ali tehsilliyem.Dovlet qullugu imtahaninda istirak edib ,ise girmek isteyirem.amma burda nece ,ne cur cv qoymaq olur?

  • Aygul Hemzeyeva

    Kimese komeklik gosteribler goresen

  • Qadir Quliyev

    Allah müsəlmanların düşmənlərinə lənət eləsin .

  • Əhmədzadə Nərmin

    Mən Sumqayıt dövlət üniversiteti Filologiya fakültəsini 2021 ci ildə bitirmiş və Dövlət qulluğuna imtahan verərək BB3 sertfikatını qazanmışam hal hazırda işsizəm. Xahiş edirəm mənə kömək edin.

  • Agabalayeva Könül Xanlar qızı

    Men Bakı Avrasiya Universtetin filalogiya dil edebiyyat fakultəsini 2021 ci ildə bitirmişəm.2022 ci il fevralın 13ü kecirilən dövlet qullugu imtahanından BB4sertifikatl almışam ancaq iş tapa bilmirem xaiş edirem mene kömek ederdiz

  • Abbasov Orxan

    Naxcivan Dovlet Univeristetin bitirmisem. Dovlet qullugunda 10 ile yaxin stajim var. İkinci dereceli dovlet qulluqcusiyam. Bakida yasayiram. Xahis edirem dovlet islerinde islemek ucun komeklik edesiniz. Haliyede islemire. İssizem 0505688757

  • Amal Şahhüseynov

    Naxçıvan Universitetinin Beynəlxalq münasibətlər bitirmişəm Azərbaycan Dillər Universitetində magistr təhsili alıram Dövlət işində işləmək istəyirəm

  • Firəngiz Əliyeva

    İnformatika muellimliyini bitiren hansi sahede dovlet qullugunda işleye biler?

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar