Ru
15:21 / 11 Mart 2026

Əl enerjisi ilə xəstələri "müalicə" edən "həkim" Elçin Hüseynovun evində olub? - VİDEO

Əl enerjisi ilə xəstələri "müalicə" edən "həkim" Elçin Hüseynovun evində olub? - VİDEO
Eye

Bakıda 60 manata əl enerjisi ilə xəstələri "müalicə" edən İqbol Soliyevin müğənni Elçin Hüseynovun evində qonaq olması barədə xəbərlər yayılıb.

Bakupost.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, müğənninin köməkçisi Zəminə Rüstəmova açıqlamasında İqbol Soliyev Elçin Hüseynovun özünün yox, dostunun evində qonaq olduğunu bildirib:

"Onun Azərbaycanda olması və şəfa verməsi ilə bağlı məlumat yayılıb. Elçin müəllimin anasının yerimə məhdudiyyəti var. Çox həkimlər müayinə edib, amma nəticəsi yoxdur. Anasının ayağa qalxması üçün bir övlad olaraq əlindən gələni edir. Buna görə də anasını aparıb, İqbol Soliyev deyib ki, bir neçə dəfə gətirmək lazımdır. Sonra aparmadılar. Yerimə məhdudiyyəti olduğundan onu harasa aparmaq çətindir. Anası özü də istəmədi".

Zəminə Rüstəmova müğənninin anasının alternativ həkimlərin nəzarətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Bakıda 60 manata əl enerjisi ilə xəstələri "müalicə" edən İqbol Soliyevin vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edildiyi bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar