Ru
17:10 / 05 Yanvar 2026

Eldar Əzizovun nöqsanlara görə işdən çıxardığı rəisin yerinə daha bir təyinat

Eldar Əzizovun nöqsanlara görə işdən çıxardığı rəisin yerinə daha bir təyinat
Eye

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Zahid Məmmədov işdən çıxarılıb.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov əmr imzalayıb.

Digər əmrlə, adıçəkilən qurumun rəisi vəzifəsinə Zaur Mirzəzadə təyinat alıb.

Xatırladaq ki, BŞİH başçısı Eldar Əzizov bir müddət əvvəl müşavirə zamanı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Fəqan Məlikova ciddi iradlarını bildirmişdi. Bundan bir neçə gün sonra F.Məlikov nöqsanlara görə vəzifəsindən azad edilib. Noyabr ayında isə onun yerinə Zahid Məmmədov təyin olunmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar