Ru
09:31 / 16 May 2019

Eldar Əzizovun “vurduğu” Rəfael Mehrəliyev kimdir? - MTN BAĞLANTISI

12515

 

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qurumun Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin bir çox səlahiyyətini əlindən alıb. Bildirilirdi ki, icra başçısının bu addımı atmasının səbəbi R.Mehrəliyevin rəhbərlik etdiyi departamentdə aşkarlanan böyük rüşvət və korrupsiya faktları olub. 

 

Bakupost.az xəbər verir ki, R.Mehrəliyevin adı mətbuatda buna qədər də müxtəlif qalmaqallarda çəkilib.

 

O, vaxtilə keçmiş MTN rəhbəri Eldar Mahmudovun işdən qovulmasından sonra ona yaxınlığı ilə bilinən və haqqında cinayət işi açılaraq həbs edilən Nəqliyyat Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalova yaxın kadr kimi tanınıb.

 

V.Zeynalovun həbsindən dərhal sonra mətbuatda Rəfael Mehrəliyevin də bilavasitə iştirak etdiyi bir çox irimiqyaslı maxinasiyalar barədə informasiyalar yayılmışdı. Bildirilirdi ki, həbsinə qədər bu departament V.Zeynalovun təsir dairəsində olub, bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə qeyri-rəsmi olaraq məhz sabiq aparat rəhbəri nəzarət edib.

 


V.Zeynalov Bakı Şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə yeznəsinin qardaşı Rəfail Mehralıyevi təyin etdirib. Məhz qohumunun bilavasitə iştirakı ilə Bakının mənzil kommunal təsərrüfatı sahəsinə qeyri-rəsmi nəzarət edilib. V.Zeynalov nazirliyə gətiriləndən sonra o, Rəfael Mehralıyevi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəis təyin etdirib. O da bu vaxtadək işində qala bilib. Mənbə iddia edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehralıyev əsasən V.Zeynalovun göstərişlərini yerinə yetirib. Vidadi Zeynalov da Rabitə Nazirliyində otura-otura MKT-yə ayrılan pulların idarə olunmasında birbaşa iştirak edib. Rəfael Mehrəliyevin Türkiyədə özünün və yaxın adamlarının adına biznesi olması xəbəri də yeni deyil.  


Gözlənilir ki, yaxın günlərdə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentində köklü kadr islahatları aparılacaq. Rəfael Mehralıyev və ona yaxın işçilər, MİS rəisləri vəzifədən uzaqlaşdırılacaq. (musavat.com)
Eldar Əzizovun “vurduğu” Rəfael Mehrəliyev kimdir? -  MTN BAĞLANTISI
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər