Ru
18:23 / 14 Avqust 2020

Eldar Həsənovun şəbəkəsi araşdırılır - Kimlərin həbsi gözlənilir?

5351
Dünən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldı.

"BakuPost" xəbər verir ki, artıq E.Həsənova yaxın olan bir sıra səlahiyyətli şəxslərlə bağlı da araşdırmalar başlayıb.


Məlumata görə, haqqında araşdırma aparılan şəxslərin arasında XİN işçiləri ilə yanaşı, bir neçə millət vəkili də var.

Hətta sabiq Baş prokurora yaxınlığı ilə seçilən bəzi QHT, diaspor təşkilatı rəhbərləri və jurnalistlərin də fəaliyyəti yoxlanılır.

Xatırladaq ki, E.Həsənovun həbsi ilə bağlı DTX-nin yaydığı məlumatda maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr olduğu bildirilmişdi.
Şərhlər
  • Mehi

    Oğurluga körədə adam tutarlar Azərbaycanda yuxarıların hamsı ogrudur nazir deputatat hansı birini deyəsən ona körə supurkəci gapıcıdan birini tutun ketsin

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər