Aqşin Yenisey
Tələbə vaxtı yataqxanada mişar daşından düzəltdiyimiz bir elektrik pilətəmiz var idi. Həm otağı isitmək, həm yemək bişirmək üçün.
Hər həftə spiralı yanır, yenisini alırdıq. Bu spiral qutularının üstündə həmişə lüt qız şəkilləri olurdu. O dövrün yataqxana tələbələri xatırlayar yəqin. Elektrik spiralı və qadın bədəni? Nə əlaqə? O vaxt məntiq bizə belə bir əlaqəni qurmağa imkan vermirdi.
Çünki kapitalist bazarın qadın bədənini istismar etmək üçün soyundurduğundan xəbərsiz idik. Yeni-yeni keçirdik bu sistemə.
Hətta bu gün də cəmiyyətimiz kapitalist sistemin ideologiyasından xəbərsizdir.
İnsan iki halda soyundurulur: Birincisi, acizləşdirmək üçün (dustaqlar, qullar və s.) (Mişel Fuko), ikinci, istismar üçün (Çul Xan)
Bu iki halın bir-biriylə də əlaqəsi var: istismar etmək üçün acizləşdirmək lazımdır, acizləşdirmək üçün soyundurmaq.
Bu gün bütün sekulyar dəyərlər istismar alətidir. Sülalələr, monarxiya, dini fundamentalizm insanı təpədən-dırnağa geyindirib istismar edirdi, liberal rejim soyundurub istismar edir.
Yəni "mənim azadlığım" dediyimiz şey illuziyadır. Bizim "azadlığımızın" məkanı haradır? Sosial şəbəkələr. Sosial şəbəkələr nəylə özünü qoruyur? Reklamla. Reklamın məqsədi nədir? Kütləvilik. Biz "azadlığımızı" harada nümayiş etdirik? Kütləvi mühitdə. Sosial şəbəkə alqoritmi bizi nə zaman kütləviləşdirir? Kütlənin tələbinə uyğun "azad olanda".
Day bundan da sadə izah mənim ağlıma gəlmədi.