Ru
14:41 / 01 Dekabr 2025

Əli Kərimli həbs edildi - Məhkəmə qərarı

Əli Kərimli həbs edildi - Məhkəmə qərarı
Eye

Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.

Bakupost.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükurovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qətimkan tədbirin seçilməsi ilə bağlı təqdimat və vəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində saxlanılıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar