Ru
20:49 / 23 Aprel 2019

Elina Hacıyevanın anasının müdafiəsinə əlavə vəkillər qoşuldu

2784
Bakıda 162 saylı məktəbdə intihar edən
Elina Hacıyevanın anası Sevil Hüseynovanın müdafiəsinə vəkillər qoşulub.

 

BakuPost.az "Report"a istinadən xəbər verir ki, bu barədə  S.Hüseynova məlumat verib.

 

 

Onun sözlərinə
görə, Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bu işlə bağlı onunla
görüşüb. O, ictimaiyyətə müraciət edib : "Hörmətli media nümayəndələri və
qızım Elinanın faciəsinə biganə qalmayan həmvətənlərim!

 

 

Elektron
portallarda və sosial şəbəkələrdə qızımın vəfatı ilə bağlı aparılan cinayət
işində Elinanın maraqlarının qorunması məqsədilə vəkil üçün pula ehtiyacımın
olduğu barədə müraciətlər yayımlanıb və hazırda da yayımlanmaqda davam edir.
Müraciət yayımlanandan dərhal sonra mənə Vəkillər Kollegiyasının sədri Anar
Bağırov zəng etdi. Anar müəllim mənə başsağlığı verərək Elinanın vəfatının
böyük vəkil ailəsində dərin iz buraxdığını bildirdi. Həmçinin, Anar müəllim
dedi ki, vəkil üçün yardım toplamağa ehtiyac yoxdur, Vəkillər Kollegiyası öz
təşəbbüsü ilə ödənişsiz əsaslarla bilavasitə mənim hüquqlarımın müdafiəsini
üzərinə götürəcək. Bundan başqa, Anar müəllim məni Kollegiyanın binasına dəvət
etdi. Bu gün mən Kollegiyaya gedərək onunla görüşdüm. Görüşdə Anar müəllim mənə
bir daha dərin hüznlə baş sağlığı verərək məni cinayət işində hüquqlarımı
müdafiə edəcək vəkillər Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevlə tanış
etdi. Sədr söz verdi ki, hüquqlarımın müdafiəsi bilavasitə onun nəzarəti
altında aparılacaq. O, vurğuladı ki, hüquqlarımın müdafiəsini peşəkar, vicdanlı
və bizim üzləşdiyimiz faciəyə ürək yanğısı ilə yanaşan vəkillərə həvalə
edir".

 

 
  S.Hüseynova deyib ki, VK
tərəfindən tamamilə ödənişsiz olaraq 3 vəkil ilə təmin edildiyindən vəkil üçün
pul yığmaq məcburiyyətindən azad olub: "Ona görə bildirirəm ki, bu məqsəd
üçün nə mən, nə də ki, ailəm pul yığmır. Əgər kimsə bizim adımızdan pul
yığıldığını bildirsə, bilin ki, bu yalandır və mənim vəziyyətimdən
sui-istifadədən başqa bir şey deyil. Onu da qeyd edim ki, həmçinin indiyə qədər
də göstərilən səbəbdən kimdənsə pul almamışam. Başda Anar Bağırov olmaqla
dərdimizə biganə qalmayan bütün həmvətənlərimə dərin minnətdarlığımı
bildirirəm".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər