Ru
15:58 / 09 Avqust 2025

Əliyev buna nail oldu: indi keçək daxilə - bu komitə, İH-lər ləğv edilir, nazirliklər...

Əliyev buna nail oldu: indi keçək daxilə - bu komitə, İH-lər ləğv edilir, nazirliklər...
Eye

Dünən Ağ Evdə atılan imzalar regionumuz üçün xüsusi əhəmiyyətə malikdir, son 5 ildə Azərbaycan və Türkiyənin addım-addım getdiyi yolun təntənəsi və bəhrəsidir. Prezident İlham Əliyevin bu mənzərənin yaranmasında böyük payı var.


Bakupost.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

“Prezident Əliyevin son 5 ildə atdığı addımlar, qurduğu ittifaqlar Azərbaycan dövlətinin xarici siyasətini ən yüksək səviyyəyə qaldırdı – indi artıq daxili məsələlərə yönəlmənin, Cənubi Qafqazda yaranmış yeni paradiqmanın dividendlərinin toplanması vaxtıdır.

Bunun üçün çox asan atılacaq addımlar da var, aylar-illər çəkəcək ciddi islahatlar da - əsas odur ki, başlamaq, işləmək lazımdır.

Çox tez bir zamanda görülə biləcək addımlar bunlardır:

1) Quru sərhədlərin açılması,

2) Yeni, sıfırdan, kiçik-orta sahibkara dost olacaq vergi və gömrük məcəlləsinin qəbulu, Gömrük Komitəsinin ləğvi, onun funksiyasının İqtisadiyyat və ya Maliyyə Nazirliyinə kiçik bir şöbə olaraq verilməsi. Yeni məcəllələrdə vergi dərəcələri və gömrük rüsumları kəskin azaldılmalıdır, bunun əvəzinə mənasız “sosial öhdəliklər” ləğv edilməlidir.
Orta-uzun vadədə görüləcək işlər:

1) Yeni Ana yasanın qəbulu – idarəetmə sisteminin tam dəyişdirilməsi,

2) Ölkənin inzibati-ərazi bölgüsünün yenidən təsis edilməsi – 14 iqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsi və icra başçısı institutunun ləğvi,

3) Yerli öznüidarə institutlarının gücləndirilməsi, şəhərlərdə mer vəzifəsinin təsisi və birbaşa seçkilərlə müəyyən edilməsi,

4) Təhlükəsizlik xərclərinin kəskin azaldılması, hüquq-mühafizə sistemində ixtisarlar, onların vəzifə və funksiyalarının iqtisadiyyata müdaxilə hissəsinin tam ləğv edilməsi,

5) Məhkəmə islahatları – hakim sayının artırılması, ədalətli, çevik hüquq sisteminin təsis edilməsi,

6) Aşırı tənzimləmə gətirən, iqtisadiyyata, biznesə mane olan qanun və qaydaların ləğvi, “kiçik-effektiv hökumət” modelinə keçid. Yəni, bir çox nazirlik, dövlət idarələri, agentliklər ləğv edilməli və ya funksiları azaldılaraq təkmilləşdirilməlidir.

Bir daha – Prezident Əliyev və Azərbaycan dövləti xarici siyasətdə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsində fantastik uğur qazandı, post-sovet məkanında Kremlin yaratdığı problemləri həll etməyi bacaran yeganə dövlət olduq, bu fəxr edilməli, tarixi uğurdur, indi əsas fokus daxili problemlərə yönəlməli, Rifah Dövlətinin yaranması üçün əzmlə çalışmalıyıq”, - o bildirib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar