Ru
17:50 / 07 Aprel 2026

Qardaş ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır

Qardaş ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır
Eye

Pakistan regional eskalasiya halında Səudiyyə Ərəbistanının tərəfini tutacağını bəyan edib.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Pakistanın təhlükəsizlik mənbələrinə istinadən məlumat yayılıb. Bildirilir ki, İranın Səudiyyə Ərəbistanına qarşı daha güclü hücumları baş verərsə, İslamabad Ər-Riyadı dəstəkləyəcək.

Mənbələrin məlumatına görə, bu mövqe regionda mümkün gərginliyin artması fonunda formalaşıb və tərəflər arasında təhlükəsizlik əməkdaşlığının mövcudluğu ilə izah olunur.

Qeyd edilib ki, nüvə silahına malik olan Pakistanla Səudiyyə Ərəbistanı arasında strateji qarşılıqlı müdafiə mexanizmi mövcuddur. Bu çərçivədə tərəflərdən birinə qarşı hər hansı təcavüz hər ikisinə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar