Ru
10:06 / 31 Oktyabr 2025

Elman Mehdiyev maliyyə nazirinin müşaviri deyilmiş - RƏSMİ

Elman Mehdiyev maliyyə nazirinin müşaviri deyilmiş - RƏSMİ
Eye

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı Balakən Rayon İcra Hakimiyyətinin icra başçısı İslam Rzayevin bacısı oğlu Elman Mehdiyev barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, Elman Mehdiyev hazırda Maliyyə Nazirliyində çalışmır. O 2018-ci ildən maliyyə nazirinin müşaviri vəzifəsində çalışıb və bu ilin əvvəlində həmin vəzifəsindən ayrılıb.

Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidmətindən Bakupost.az -a təsdiq ediblər.

Qeyd edək ki, o, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.

Xatırladaq ki, dünən mətbuatda İslam Rzayevin bacısı oğlu Elman Mehdiyevin maliyyə nazirinin müşavini olması barədə məlumat yayılıb.

Azər
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar