Əməkdar artist Dilarə Əliyeva "Afaqla onlar" verilişində qonaq olub.
Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, proqramın aparıcısı Afaq Gəncəli tədbirlərin birində görünüşündə dəyişiklik edən aktrisanı tanımaqda çətinlik çəkdiyini etiraf edib. O, bildirib ki, Dilarəni Əməkdar artist Elza Seyidcahanla səhv salıb.
Aktrisa aparıcının sözlərini dəstəkləyib:
"Elə Dilarə Əliyeva olur? Bir onu başa düşdüm ki, Elzanın əlindən başımıza heç nə qoya bilmirik. O qədər başına şey qoyub ki, nə qoyursan Elza yada düşür. Gərək o səviyyəyə gəlib çatım".