Ru
15:52 / 15 Dekabr 2025

Əməkdar artistdən sərt sözlər – Xalq artistini rüsvay etdi – VİDEO

Əməkdar artistdən sərt sözlər – Xalq artistini rüsvay etdi – VİDEO
Eye

Əməkdar artist Vasif Məhərrəmli canlı yayımda efirə sərxoş vəziyyətdə çıxan sənətçiləri sərt tənqid edib.

BakuPost.az xəbər verir ki, müğənni "Öz aramızda" verilişində qonaq olarkən ad çəkməsə də, sözlərinin Xalq artisti olan kişi həmkarına ünvanlandığı aydın olub.

Sənətçi efirdə bu cür halların yolverilməz olduğunu bildirib.

Onun sözlərinə görə, tamaşaçı kimi bəzən efirdə sərxoş vəziyyətdə oturub danışan sənət adamlarını görmək olur:

"Ağızlarının quruluşu pozulur, sözləri düzgün deyə bilmirlər. Xalq artistidir. Aparıcı görür ki, qonaq sərxoşdur, efirə buraxmamalıdır. Açıq şəkildə elan etsin ki, sərxoş gəldiyi üçün efirə çıxarılmadı. Mən gördüyümə adım qədər əminəm ki, belə hallar olur".

Əməkdar artist qeyd edib ki, sənət adamları efirin və tamaşaçının məsuliyyətini dərk etməlidirlər:

"Sən bilməlisən ki, müqəddəs bir məkana gəlirsən, milyonların qarşısına çıxırsan. Buna görə də davranışına diqqət etməlisən".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar