Ru
00:20 / 22 Oktyabr 2016

Əməkdar rəssam vəfat etdi

1710

Oktyabrın 20-si səhər saatlarında Azərbaycanın ilk kukla rəssamı, əməkdar rəssam 89 yaşında vəfat edib.

BakıPost.az Milli.Az-a istinadən xəbər verir ki, Solmaz Qurban qızı Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açıb.

1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğul olan Solmaz xanımın yaratdığı 4000-dən artıq etnoqrafik suvenir kuklalar (Azərbaycanın müxtəlif bölgələrinə aid geyimlərdə) muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

2007-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.

Mərhum Mərdəkan qəbristanlığında, vəsiyyətinə əsasən atası Qurban Musayevin yanında dəfn edilib.

 

Allah rəhmət eləsin!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər