Ru
20:03 / 24 Fevral 2026

"Epşteyn işi"ndə adı hallanan sabiq nazir intihara cəhd etdi

"Epşteyn işi"ndə adı hallanan sabiq nazir intihara cəhd etdi
Eye

Norveçin sabiq baş naziri və Avropa Şurasının keçmiş baş katibi Torbörn Yaqland intihara cəhd edib, xəstəxanaya yerləşdirilib.

Bakupost.az Norveçin "iNyheter" nəşrinə istinadən xəbər verir ki, siyasətçinin vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, fevralın 12-də Yaqlanda amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə ağır korrupsiya ittihamı irəli sürülüb və onun mülklərində axtarış aparılıb. Onun toxunulmazlığının ləğvi üçün Avropa Şurasına müraciət edilib və axtarışdan əvvəl toxunulmazlıq ləğv olunub.

İstintaq materiallarında bildirilir ki, 2011-2018-ci illərdə Yaqland və ailə üzvləri Epşteynə məxsus mülklərdən istifadə ediblər, bəzi səfərlərin xərcləri isə maliyyələşdirilib. Həmçinin iddia olunur ki, Yaqland Epşteyndən bank krediti ilə bağlı yardım istəyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar