Ru
18:09 / 05 Yanvar 2026

Ərdoğan: Bizi Rusiyaya görə oradan çıxardılar

Ərdoğan: Bizi Rusiyaya görə oradan çıxardılar
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-nin F-35 qırıcı təyyarə proqramından kənarlaşdırılmasını ədalətsiz adlandırıb.

Bakupost.az xəbər verir ki, o, Türkiyənin proqrama qaytarılmasının NATO üçün də vacib olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələyə toxunaraq deyib:

“Türkiyənin F-35 proqramına qayıtması NATO üçün vacibdir. Türkiyə bu proqrama yenidən qoşulmalıdır. Türkiyə olmadan NATO-nun təhlükəsizliyi mümkün deyil. Türkiyənin Rusiyadan hərbi texnika alması səbəbindən proqramdan kənarlaşdırılması ədalətsizdir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar