Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Dohadakı HƏMAS heyətinə hücumundan sonra Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Sani ilə telefonla danışıb.
Bakupost.az xəbər verir ki, Türkiyə lideri İsrailin HƏMAS nümayəndələrinə hücumunu beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirib.
"Bu gün İsrailin Qətərdə HƏMAS-ın danışıqlar qrupuna hücumu bir daha nümayiş etdirib ki, İsrailin baş nazirinin (Binyamin Netanyahu) hökuməti münaqişəni dərinləşdirmək niyyətindədir. Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum, həm də qardaş ölkəmizin təhlükəsizliyini və əmin-amanlığını hədəfləyir. Mən bu hücumu qınayıram", - Türkiyə lideri "X" sosial şəbəkədəki hesabında yazıb.