Ru
10:51 / 13 Noyabr 2021

Erməni terrorçu hərbçilərimizə qumbara atdı: yaralanan var - VİDEO

8377

Bu gün saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığında erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb.


Bakupost.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra Xankəndi-Laçın avtomobil yolu bağlanıb.

Noyabrın 8-də diversiya cəhdi zamanı ölən Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb. Erməni terrorçu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Ermənistan mediasının yazdığına görə, yolun açılması üçün Rusiya sülhməramlıları ilə birlikdə danışıqlar aparılıb. Hazırda yolun açıldığı bildirilir.

İlkin məlumata görə, terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçi yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.


Şərhlər
  • Rəhim

    Bu necə Hərbi Blok-Postdur ki, bir erməni dığası Posta qumbara atır və sakitcə şütüyüb gedir. Onu avtomat muşkasında saxla, təxribat etmək istədikdə təpəsinə bir atəş, onda görüm nə qələt eləyə bilir???

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər