01:22 / 14 Noyabr 2021

ERMƏNİLƏR “QIRMIZI XƏTTİ” KEÇDİ... - Azərbaycan hansı addımları atmalıdır?

2228
Bu gün Laçın dəhlizində, Daşaltı kəndinin yaxınlığında Azərbaycan hərbçilərinin dayandığı posta əl qumbarasının atılması separatçı rejimə və Ermənistanın bölgədəki tör-töküntülərinə qarşı təxirə salınan əməliyyatlarüçün münbit şərait yaradır.

Bu hadisəyə qədər baş verən proseslər artıq qəbuledilməz idi. Ermənistan rəhbərliyi açıq şəkildə Moskva görüşünü pozmaqla Azərbaycanın səbr kasasını daşırmışdı. Çünki noyabrın 9-10-da gözlənilən üçtərəfli görüşdə Nikol Paşinyan kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı razılaşmaya imza atmalı idi. Bu, 1 il əvvəl imzalanmış 10 noyabr bəyanatında Ermənistanın üzərinə götürdüyü, amma icra etmədiyi öhdəliklərin bir hissəsidir.

Ermənistanın Baş naziri əvvəl bu addımı atmağa hazır idi və onun komandası ölkədə daxili ictimai rəyi hazırlamaq üçün fəaliyyətə başlamışdı. Amma Paşinyan keçmiş elitanın liderlik etdiyi müxalifət blokunun apardığı kampaiyanın qarşısında geri çəkild. Əvvəlcə Müdafiə naziri Arşak Karapetyanı Qarabağa göndərdi, arxaslnca 8 noyabrda Şuşa yaxınlığında 1 erməninin ölümü, 3-nünü yaralanması ilə nəticələn təxrtibata şərait yaratdı.


Paşinyan Zəngəzur yolunun açılmasına dəhliz məntiqi ilə icazə vermək istəmir. Yəni Azərbaycanın hazırda qaldırdığı məsələnin həllinə hazır deyil.

Paralel olaraq Qarabağdakı separatçıların başçısı A. Arutyunyanın da "düyməsi" basılıb. O erməni əhalisinin silahlandırılmasından, ötən 1 il ərzində "Qarabağın müdafiə ordusunun" gücləndirilməsindən bəs edən bəyanat yayımlayıb.

Azərbaycanın cavab addımları atmağa başlayıb, əvvəlcə Gorus-Qafan yolunun Eyvazlı kəndi istiqamətində nəzarət-keçid məntəqəsi yaradıldı. Bundan sonra Ermənistan vətəndaşları həmin yolda yoxlamadan sonra istifadə edə biləcəklər.


Bu günki hadisədən sonra isə təxirə salınmış digər tədbirlər görülə bilər.

Əvvəlcə Laçın dəhlizində - dövlət sərhədində gömrük-keçid postunun quraşdırılması zəruridir. Bu dəhlizdən nəzarətsiz istifadənin, nəticədə Azərbaycanın suverenliyinin pozulmasının qarsışını alına bilər. Eyni zamanda Ermənistan rəhbərlərinin əl-qolunu sallayıb istədikləri zaman Qarabağa gəlməsinin qarşısı birdəfəlik alınar.

Daha sonra 10 noyabr bəyanatın tam icrası məsələsi Rusiya və Ermənistan qarşısında qaldırılmalıdır. Ermənistan hələ də Azərbaycan üçün daxili kommunikasiyaları açmayıb, habelə Qarabağdakı silahlı birləşmələrin qalıqlarını çıxarmayıb. Hər iki məsələ ultimativ şəkildə gündəmə gətirilməlidir.

Bundan başqa Qarabağdakı separatçı cinayətkarların təhvil verilməsi məsələsi də ən sərt şəkildə gündəmə gətirilməlidir. Onların barəsində CM-nin bir neçə maddəsi ilə cinayət işi açılıb və beynəlxalq axtarışa verilib. A. Arutyanyan və ətrafındakı şəxslər Azərbaycan dövlətinə və xalqına qarşı ağır dövləti cinayətlərdə ittiham olunurlar.

Azərbaycan ordusu müharibənin qalibidir və regionda hər hansı qüvvə onun bu statusna kölgə sala bilməz. Onun hərbi postuna qumbara atılması bağışlanmaz cinayətdir və ermənilərin belə cəsarət nümayiş etdirilməsi ötən 1 il ərzində humanist yanaşmadan qaynaqlanır. İlk növbədə yubanmadan həmin cinayəti törətmiş şəxsin Azərbaycana təhvil verilməsi tələb olunmalıdır.

Ümumiyyətlə Qarabağ ətrafında daimi hərbi təlimlər, qoşunların yerdəyişməsi, döyüş mövqelərinin gücləndirilməsi prosesi aparılmalıdır. Azərbaycan ordusu bu zonada daim hərəkətdə olmalı, sülhməramılların müvəqqəti nəzarət etdikləri ərazidə antiterror əməliyyatılarının keçirilməsinə hazır vəziyyətdə dayanmalıdır.


Bu, həm Ermənistana, həm də Qarabağdakı separtçı cinayətkarlara, onlara sığınmış mülki əhaliyə ən güclü mesaj ola bilər. Rusiya da Azərbaycanın bu israrlı davranışından nəticə çıxarmalıdır. Bu torpaqların sahibi Azərbaycandır, onun daxilində silahlı dəstələr saxlamaq, dövlətçilik oyunları oynamaq, üstəlik Azərbaycan əsgərinə qumbara atmaq artıq qırmızı xətlərin aşılmasıdır. Gərək, bundan sonra dövlətə tabe olmayan hər kəs Azərbaycan ordusunun hər an başının üstünün alacağını bilsin.

E. Rüstəmli
AzPolitika.info
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər