Ru
22:41 / 25 Oktyabr 2025

Ermənilər Xocalıda Xan yadigarını, görün, nə hala salıblar... - VİDEO

Ermənilər Xocalıda Xan yadigarını, görün, nə hala salıblar... - VİDEO
Eye

AzTV-nin çəkiliş qrupu Böyük xanəndə Xan Şuşinskinin ata ocağında olub.

Bakupost.az xəbər verir ki, süjetdə qeyd olunub ki, Ballıcadakı bu evdə sənətkarın uşaqlıq dövrü keçib. Uzun illər Şuşada yaşasa da, hətta Şuşada dünyaya gəldiyi deyilsə də, bu məkanın nəfəsi, bu torpağın avazı onun səsində daim yaşayıb.

Xan Şuşinski Pənahəli xanın nəvəsi, Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan Ağa Cavanşirin oğludur.

Binaya diqqət yetirdikdə, müdaxilələri görmək mümkündür. Lakin nə etsələr də, bu evin keçmişinin izlərini tamamilə silə bilməyiblər. Evdə aparılan araşdırmalar zamanı tapılan bəzi fotolar buranın həm də məktəb kimi istifadə olunduğunu təsdiq edir.

Mədəniyyət Nazirliyi binaya baxış keçirib. Tikintinin mədəni və tarixi əhəmiyyətini nəzərə alaraq, tarixi abidələrin reyestrinə daxil edilməsi üçün qeydə alınıb.

Daha ətraflı videomaterialda:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar