Ru
23:00 / 25 Oktyabr 2025

Kansler Merz əleyhinə yeni etiraz aksiyaları keçirildi

Kansler Merz əleyhinə yeni etiraz aksiyaları keçirildi
Eye

Almaniyada kansler Fridrix Merzin miqrasiyanın alman şəhərlərinin simasını formalaşdırdığı barədə mübahisəli bəyanatına etirazlar getdikcə genişlənir.

Bakupost.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Təkcə Hamburqda şənbə günü keçirilən etiraz aksiyasına təxminən 2600 adam cəlb olunub. Təşkilatçılar, öz növbəsində, 5000 iştirakçı olduğunu iddia edirlər.

Nümayişçilər “Biz şəhərin simasıyıq” şüarı altında bələdiyyə binasının qarşısındakı meydandan mərkəzi küçə ilə qatar stansiyasına qədər yürüş ediblər.

Sol Partiya, Gələcək Uğrunda Cümə hərəkatı və daha kiçik solçu təşkilatlar etiraz aksiyasına çağırıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar