Ru
13:31 / 30 Oktyabr 2025

Ermənistan bu şəxslərə görə 250 milyon dollar aldı

Ermənistan bu şəxslərə görə 250 milyon dollar aldı
Eye

Ermənistan hökuməti oktyabrın 30-da keçirilən iclasında “Yaşayış şəraitinin yaxşılaşdırılması və səlahiyyətlərin genişləndirilməsi üçün mənzil islahatları” (THRIVE) kredit sazişinin imzalanması təklifini təsdiqləyib.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bu sazişə əsasən, Ermənistan Qarabağı könüllü şəkildə tərk edən ermənilər üçün dövlət mənzil proqramının icrasını davam etdirmək üçün Asiya İnkişaf Bankından yeni kredit alır.

250 milyon ABŞ dolları məbləğində kredit Ermənistana 27 il müddətinə, onun 10 ili güzəştli müddətə veriləcək. Kreditin faiz dərəcəsi üzən məzənnədir. Əsas məbləğ 15 dekabr 2035-ci il tarixindən 15 iyun 2052-ci il tarixinədək 34 bərabər yarımillik ödənişlə ödənilməlidir.

Onu da əlavə edək ki, 2023-cü ilin sentyabrından indiyədək 9 346 nəfər Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar