Ru
08:48 / 23 Oktyabr 2025

Ermənistanda konyak istehsal oluna bilməz - Paşinyan

Ermənistanda konyak istehsal oluna bilməz - Paşinyan
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində konyak istehsalının mümkün olmadığını bəyan edib.

Bakipost.az Axar.az-a istinadla xəbər verir ki, Paşinyan keyfiyyətsiz məhsulların mövcudluğunun ölkənin suverenliyini məhdudlaşdırmaq üçün bir rıçaq olduğunu bildirib.

O, parlamentdə hökumət saatı zamanı gürcü həmkarı İrakli Kobaxidze ilə iqtisadiyyatla bağlı müzakirəsindən danışıb.

Baş nazir vurğulayıb ki, hər iki tərəf korrupsiyaya qarşı mübarizədə razılığa gəlib.

Paşinyan əlavə edib ki, iqtisadi standartların olmaması problemlər yaradır:

"Biz doğrudanmı müstəqilliyimizlə konyak adlandırılan çay rəngli araq arasında seçim etmək məcburiyyətindəyik? Dilicanda “Cermux” istehsal olunmadığı kimi, Ermənistanda konyak istehsal oluna bilməz. Ermənistanda şampan istehsal oluna bilməz".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar