Ru
09:40 / 23 Oktyabr 2025

İşaxtaranların nəzərinə - Bakıda əmək yarmarkası keçiriləcək

İşaxtaranların nəzərinə - Bakıda əmək yarmarkası keçiriləcək
Eye

Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə Bakı şəhərində əmək yarmarkası keçiriləcək.

Bakupost.az xəbər verir ki, 28 oktyabrda açılacaq yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Ünvan və tarix:

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 64 (“ibis Baku City” hotel)

28 Oktyabr 2025

11:00 - 13:00

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar