Ru
10:48 / 23 Oktyabr 2025

Bakıda 17 yaşlı gənc taxta parçaları uddu

Bakıda 17 yaşlı gənc taxta parçaları uddu
Eye

Bakıda 17 yaşlı gənc taxta parçası udub.

Bu barədə Bakupost.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, oktyabrın 14-də 2008-ci il təvəllüdlü yeniyetmə qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib:

"Müayinələr nəticəsində xəstəyə peritonit diaqnozu qoyulub və əməliyyatöncəsi hazırlıqdan sonra təxirəsalınmaz cərrahi müdaxilə edilib.

Uşaq cərrahları tərəfindən nazik bağırsaq seqmentinin rezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icra olunub.

Əməliyyat zamanı nazik bağırsaqda, iliosekal küncdən 70-80 sm məsafədə, iki yerdə deşici (perforativ) zədələnmə müəyyən olunub. Bu perforasiyalara səbəb bağırsaq mənfəzində yerləşən iti və sərt yad cisim - taxta parçası olub. Bundan əlavə, yoğun bağırsaqda da perforativ dəlik və bütün nazik bağırsaq boyunca mənfəz daxilində müxtəlif ölçülü, iti uclu, sərt yad cisimlər aşkarlanıb.

Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicə nəticəsində xəstənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar