Ru
11:35 / 23 Oktyabr 2025

İcbari Tibbi Sığorta Fondunun gəliri 360 milyon manat artıb

İcbari Tibbi Sığorta Fondunun gəliri 360 milyon manat artıb
Eye

2025-ci ilin yanvar-sentyabr aylarında İcbari Tibbi Sığorta Fondu 1 milyard 525.2 milyon manat gəlir əldə edib və 1 milyard 685.3 milyon manat xərcləyib.

Bakupost.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 360.4 milyon manat və ya 27.2% artıb.

2024-cü ilin yanvar-sentyabr aylarında fondun gəliri 1 milyard 198.8 milyon manat təşkil edib.

Qeyd edək ki, cari ilin dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna 1 milyard 416.4 milyon manat ayrılması nəzərdə tutulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar