Ru
21:49 / 15 Avqust 2025

Ermənistanda sabiq fond rəhbəri saxlanıldı

Ermənistanda sabiq fond rəhbəri saxlanıldı
Eye

Ermənistanın qalmaqalllı ANİF (Erməni Milli Maraqlar Fondu) fondunun sabiq rəhbəri David Papazyan və daha iki nəfərə qarşı cinayət işi açılıb.

Bakupost.az xəbər verir ki, məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.

Onlar çirkli pulların yuyulmasında, sənədlərin saxtalaşdırılmasında və bir sıra digər cinayətlərdə şübhəli bilinirlər.

ANİF 2019-cu ildə xarici sərmayələrin cəlb edilməsi və infrastrukturun inkişafı məqsədi ilə yaradılıb, lakin zaman keçdikcə proqramları uğur qazanmayıb və bəzi müəssisələr müflis olub.

Pozuntulara görə cinayət işi açılsa da, indiyədək heç kimə qarşı ittiham irəli sürülməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar