Balıq yüksək qida dəyərinə görə sağlamlıq üçün çox faydalıdır. Ancaq evdə balıq bişirildikdə xoşagəlməz bir qoxu qalır. Balıq bişirərkən hətta pəncərələri açmaq və ya aspiratordan istifadə etmək belə kifayət olmaya bilər. Xüsusilə, tavada qızardılmış balıq qoxusunun çıxması bir neçə gün çəkə bilər. Ancaq bəzi praktik üsullarla evdə balıq qoxusundan əsər-əlamət qalmaya bilər.
Balıq bişərkən ocağın digər tərəfində alma sirkəsi və su qarışığını qaynada bilərsiniz.
Ətirli bir şam yandıra bilərsiniz.
Balıq bişərkən limon qabığını ocaqda qaynada bilərsiniz.
Bir qazana su və bir çubuq vanil qoyub qaynada bilərsiniz. Bu qarışıq balığın iyini də özünə çəkir.
Karbonatlı su qarışığı balıq qoxusunu özünə çəkir və yayılmasının qarşısını alır. Balıq bişirərkən ocağın bir tərəfində karbonatlı su qarışığını qaynatmaq olar.
MƏTBƏXDƏN BALIQ QOXUSU NECƏ ÇIXAR?
Balıq bişirdiyiniz zaman mətbəx şkaflarına və mətbəx qablarına balıq qoxusu nüfuz edə bilər.
Mandarin, limon, portağal və qreypfrut qabıqlarını tavada qızardaraq mətbəxə yayılan balıq qoxusunu çıxara bilərsiniz.
Boş tavaya bir paket toz vanil qoyun və qovurun. Bir müddət sonra altını bağladığınız zaman vanil qoxusunun balıq qoxusunu boğduğunu görəcəksiniz.
Tavaya 1-2 çimdik qara quru çay əlavə edib qovurun. Tavadan tüstü çıxmağa başlayanda ocağı söndürün. Bu, mətbəxinizdəki qoxunu aradan qaldırmağa kömək edəcək.
ƏLLƏRDƏKİ BALIQ QOXUSU ÜÇÜN
Balıq bişirərkən və ya balıq yedikdən sonra qoxu əllərinizə çökəcək. Əllərinizi nə qədər sabunlasanız da, bu qoxu çıxmayacaq.
Balıqları təmizləməyə başlamazdan əvvəl limonu yarıya bölün və qabıqları ilə əllərinizi ovuşdurun.
Balıq yedikdən sonra əllərinizi alma sirkəsi ilə də yuya bilərsiniz.
Aygün
BakuPost