Ru
10:39 / 09 İyun 2026

Evini satan vətəndaşlar “havada qalır”: Polisdə qeydiyyat problemi gündəmdə

Evini satan vətəndaşlar “havada qalır”: Polisdə qeydiyyat problemi  gündəmdə
Eye

“Hazırda vətəndaşların problemlərindən biri də qeydiyyatdır. Təsəvvür edin ki, vətəndaş öz evini satır. Evi alan şəxs onu qeydiyyatdan çıxarır. Və bu zaman vətəndaşın qeydiyyata düşməyə evi yoxdursa, o havada qalır”.

Bakupost.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov bildirib.

Onun sözlərinə görə, əvvəllər bu kimi halda vətəndaş polis şöbəsinə qeydiyyata düşürdü, indi isə bu qayda dəyişib:

“Vətəndaş məcburdur ki, polisə ərizə ilə müraciət etsin. Polisdən imtina cavabı aldıqdan sonra isə polisi məhkəməyə verib polis bölməsinə qeydiyyata düşsün. Bu yol isə maddi vəsait və vaxt tələb edir, vətəndaş olmazın əziyyətini çəkir. Bu problemlə üzləşən on minlərlə insan var. Əgər adam evini satıbsa, yaxın adamların kiminsə evinə və ya polis şöbəsinə qeydiyyata düşə bilmirsə, artıq onun şəxsiyyət vəsiqəsi də işə yaramır. Bu hal isə insan hüquq və azadlıqlarına ziddir. Odur ki, bu problem kökündən həll olunmalı, bu şəraitdə vətəndaşın asan yolla qeydiyyata düşə biləcəyi ünvanlar müəyyən edilməlidir”.

Lalə,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar