Ru
16:52 / 22 May 2019

Evlənməyi tələb edən sevgilisinin boynunu sındırıb öldürdü - AĞIR CƏZA

2729
 

Masallıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Vüqar İsayevin məhkəməsi bitib.


Bakupost.az-ın məlumatına görə, hadisə Masalı rayonu Yeyənkənd meşəbəyliyinin 10-cu dolayının 46-cı kvartalının 13-15-ci bölmələrinin ərazisində baş verib.


Vüqar İsayev kənd sakini Bahar Məmmədova yaxın münasibətdə olub. Qadının onunla münasibətini nikaha çevirmək və birlikdə yaşamaq tələbi V. İsayeva xoş gəlməyib. O, müxtəlif bəhanələr gətirərək B. Məmmədovanı özündən kənarlaşdırmaq istəyib. Lakin bu istəyi reallaşmayıb. V. İsayev qadından yaxa qurtarmağın çıxış yolu kimi onu öldürmək qərarına gəlib. O, bu niyyətlə əlverişli məqam gözləməyə başlayıb. 


Bahar Məmmədova onun yanında əyləşərək başını sağ tərəfə çevirdikdə V.İsayev dərhal sol əli ilə sonuncunun çənə, sağ əli ilə isə başının təpə nahiyəsindən tutub zorla özünə tərəf çevirməyə başlayıb. Bu zaman Bahar Məmmədovanın boynunu sındıraraq onu qəsdən xüsusi amansızlıqla öldürüb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. İsayev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər