Paytaxtın bir çox rayonlarında köhnə yaşayış binaları və həyət evlərinin sökülməsi planlaşdırılır.
Bakupost.az xəbər verir ki, bu proses şəhərin yenilənməsi və müasir infrastrukturun qurulması məqsədi ilə olsa da, narazılıqlar az deyil.
Mənzil sahibləri etiraz edirlər ki, verilən kompensasiya ilə yeni mənzil almaq qeyri-mümkündür. Onların sözlərinə görə, kvadratmetrə görə hesablanan ödənişlər real bazar qiymətlərindən xeyli geri qalır və bu da insanları çətin seçim qarşısında qoyur.
Vəziyyət həqiqətənmi belədir?
Belədirsə, sökülən evlərə görə kompensasiya necə və nə qədər verilməlidir?
Ödəniş qaydası dəyişdirilməlidirmi?