Ru
17:56 / 08 Aprel 2026

Yaralı Xamenei razılaşmaya getməyə məcbur oldu

Yaralı Xamenei razılaşmaya getməyə məcbur oldu
Eye

“İranın Ali rəhbəri Müctəba Xameneinin ABŞ ilə atəşkəsə getməkdən başqa çarəsi yox idi”.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.

Amerikanın hərbi naziri İranın yeni liderinin yaralı olduğunu açıqlayıb.

“İranın yaralı yeni liderinin razılaşmanı qəbul etməkdən başqa yolu qalmamışdı”, - Heqset əlavə edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar