Ru
16:42 / 09 İyun 2026

Fələstinlə bağlı alternativ sxemlər: Rusiya indi nə etməyə çalışır?

Fələstinlə bağlı alternativ sxemlər: Rusiya indi nə etməyə çalışır?
Eye

ABŞ Prezidenti Donald Trampın təsis etdiyi Sülh Şurasının Qəzza zolağı ilə bağlı planı meydana çıxdıqdan sonra indi də Fələstin ərazilərinin qonşu ərəb dövlətlərilə assosiasiyası məsələsi gündəmə gətirilir.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat verən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova son vaxtlar Qərb hökumət strukturları tərəfindən maliyyələşdirilən bir sıra analitik mərkəzlərin xəttilə Fələstinin gələcəyi ilə bağlı müxtəlif “alternativ sxemlər”in təşviq olunduğunu söyləyib.

Onun sözlərinə görə, xüsusən də bu qurumlar Fələstin ərazilərinin qonşu ərəb dövlətləri ilə assosiasiyasını nəzərdə tutan şübhəli variantları gündəmə gətirirlər.

Siyasi şərhçi Rufiz Hafizoğlu Bakupost.az-a bildirib ki, Fələstinin qonşu ərəb ölkələrilə assosiasiyası məsələsi həqiqəti əks etdirmir:

“Qərb mərkəzlərinin şüurlara bu kimi informasiyaları yeritmək cəhdləri heç də yeni deyil. Fələstində baş verən hadisələr, HƏMAS-ın tərksilah olunması, bəzi ərəb ölkələrinin yenidən danışıqlar masasına oturması fonunda Fələstin torpaqlarının digər ərəb ölkələrinə assosiasiyası məsələsi inandırıcı deyil”.

Ekspert qeyd edir ki, ərəb ölkələrinin guya hamısının Fələstini satdıqları barədə fikirlər bir qədər utopik və əslində İranın maraqlarına xidmət edən düşüncədir:

“İran məhz Fələstin düşüncəsinə hakim olub. Tehran iddia edir ki, ərəb liderləri Amerikaya satılıb, xain və xəyanətkardırlar, Fələstini müdafiə etmək üçün heç nə bacarmırlar və bu məsələdə yeganə hakim qüvvə İrandır. Bəli, Fələstin məsələsində ərəb ölkələri acizdir. Bu günümüzün siyasi, iqtisadi reallığından doğan bir gerçəklikdir. Amma Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və digər ərəb ölkələrinin Fələstin xalqının maraqlarını kənara atıb, İsrail tərəfindən idarə olunan Qərb mərkəzlərinin çaldığı havaya oynayacaqları məsələsi inandırıcı deyil”.

Hömsöhbətimizin fikrincə, Rusiya tərəfi isə yenidən Yaxın Şərq meydanına çıxmaq və orada qalmaq üçün belə açıqlamaları gündəmə atır:

“Artıq hətta Rusiyanın özünün belə Fələstin məsələsində nə qədər güclü oyunçu olduğu məsələsi də sual doğurur. Zaman çox dəyişib. HƏMAS daxilində belə Rusiyaya əvvəlki rakusda yanaşmayan siyasi axınlar var. Moskva özü artıq regiona əvvəlki müdaxilə mexanizmini itirib. Amma meydana gəlmək və qalmaq üçün bu kimi açıqlamalar vermək lazımdır. Bu mənada Zaxarovanın açıqlaması gündəmi doldurmaq üçün atılan addımdır. Rusiya Qəzza müharibəsi fonunda heç nə edə bilmədi. Bəzi HƏMAS rəsmilərinin də qeyd etdiyi kimi, ən böyük informasiya sızıntısı da Təl-Əvivə məhz Rusiya tərəfindən ötürülüb”.

Rüfət Sultan, BakuPost

Şərhlər
  • Mühəndis B.

    Məskunlaşdığımz yuvarlaq Yer planetimiz Mərkəzi Günəşin cövlandırdığı İstilik və işıq enerjisinə dolanmaqla, öz oxu ətrafında hər təminata sabit-bərabər zəmanət dövründədir. 1946cı ildən də həmin zəmanətə əlavə Birlləşmiş Millətlər Təşkilatı (BMT) yaradılıb ki, Yer üzü cəmiyyəti-dövlətləri qarşılıqlı toxunulmaz-razılıqlı hüquqi münasibətlərlə daha səmərəli-faydalı fəaliyyət göstərsinlər!

  • B.Süni İntellekt Y.

    1.СССР, как Победитель Второй Мировой Войны заимел заслуженный миротворческий авторитет до смерти Сталина после, чего *доложились* разногласия у руководства Кремля условному политическому *Запад*у? И скоро-после власти Хрущева главный союзник СССР США стали противниками по освоению богатых арабских энергетических недр? 2.США для устойчивого присутствия на Ближнем Восток подобрали анти-арабского союзника, постоянно-действующего военного Инструментария. Эта не подлог Ирана, а настоящая военно-экономическая битва за недр. 3.Но, авторитет и сила СССР в мире не превысили-бы 1/6 (одну шестую) в мире? 4.Кремль не только не смог отстаивать территориальную целостность Палестины и даже не смог сохранить партнёства с главными энергетическими партнёрами? 5.Последний Кремль СССР с объявлением мировой интеграционной реформы с 1987 по 1991 год взамен объявления нейтральных выборов с последующей собственной отставки распустил СССР (или сдал по сговору с неизвестными прдставмтелями *Запад*а?) 6.А победитель Белый Дом до сих пор не смог отстаивать согласованную границу Палестины от Израиля?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar