ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini dəyişməz saxlasa da, qərarla bağlı fikir ayrılığı qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyi artırıb.
“Bakupost” xəbər verir ki, Federal Açıq Bazar Komitəsi (FOMC) uçot dərəcəsini 3,5-3,75% səviyyəsində saxlamaq barədə qərar qəbul edib.
Məlumata görə, komitənin üç üzvü uçot dərəcəsinin 25 baza bəndi artırılmasının tərəfdarı olub. Bu isə inflyasiya ilə mübarizədə gələcəkdə daha sərt pul-kredit siyasətinin tətbiq oluna biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.
Qərardan sonra ABŞ fond bazarlarında eniş müşahidə edilib. S&P 500 indeksi 1,5%, Nasdaq 100 indeksi isə son zirvəsindən 11% geriləyib.
FES-in sədri Kevin Varş bildirib ki, uçot dərəcəsinin sabit saxlanılması qurumun inflyasiya ilə mübarizədən geri çəkildiyi anlamına gəlmir. Onun sözlərinə görə, inflyasiya yüksək səviyyədə qalacağı təqdirdə, faiz dərəcələrinin artırılması da gündəmə gələ bilər.
Analitiklər hesab edirlər ki, FES-in növbəti qərarları inflyasiyanın gedişindən asılı olacaq və bu, yaxın aylarda qlobal maliyyə bazarlarının əsas gündəm mövzularından biri olaraq qalacaq.
Vüsalə Hüseynova,
BakuPost