Ru
10:43 / 20 İyul 2026

Final təkcə futbolla yox, ulduzlarla da yadda qaldı - FOTO

Final təkcə futbolla yox, ulduzlarla da yadda qaldı - FOTO
Eye

2026-cı il futbol üzrə dünya çempionatının finalı təkcə meydandakı gərgin mübarizə ilə deyil, tribunadakı dünya şöhrətli simalarla da diqqət çəkib.

"Bakupost" xəbər verir ki, ABŞ-ın Nyu-York/Nyu-Cersi ştatındakı (MetLife Stadium) da keçirilən Argentina – İspaniya qarşılaşmasını izləmək üçün idman, kino və musiqi dünyasının tanınmış simaları bir araya gəlib.

Final zamanı məşhurların hansı komandaya azarkeşlik etməsi də maraq doğurub. Məşhur aktyor Xavyer Bardem və həyat yoldaşı Penelope Kruz İspaniya millisinin formalarında tribunada yer alaraq doğma komandalarına dəstək veriblər. Amerikalı aktyor Riçard Gir də ispanəsilli həyat yoldaşı Aleksandra Silva ilə birlikdə İspaniyaya azarkeşlik edib. İspaniyalı tennisçi Karlos Alkaras da həmyerlilərini tribunadan dəstəkləyənlər sırasında olub.

Argentina millisinin tərəfdarları arasında isə dünya şöhrətli müğənni Dua Lipa və uşaqlıq illərini Argentinada keçirən məşhur aktrisa Anya Teylor-Coy diqqət çəkib. Hər iki ulduz final boyu Argentina yığmasına dəstək verib.

Qarşılaşmanı izləyənlər arasında Hollivud və musiqi sənayesinin bir çox tanınmış siması da yer alıb.

Kino ulduzlarından Tom Kruz matçı Devid və Viktoriya Bekhemlə birlikdə izləyib. Tribunada, həmçinin Sofiya Verqara, Cessika Alba, Mett Deymon və Adrian Broudi də görüntüləniblər.

Musiqi dünyasını Beyons və Cey-Zi, Rihanna və A$AP Rocky cütlüyü, Robbi Uilyams və həyat yoldaşı Ayda Fild, eləcə də "The Rolling Stones" qrupunun əfsanəvi solisti Mik Cagger təmsil edib.

Finalı izləyən məşhurlar sırasında tennis əfsanəsi Serena Uilyams, fransalı futbol əfsanəsi və məşqçi Zinəddin Zidan, həmçinin dünyanın ən məşhur yutuberlərindən biri olan MrBeast (Ceyms Donaldson) da olub.

Məşhurların tribunadakı həyəcanlı anlarını əks etdirən foto və videolar sosial şəbəkələrdə qısa müddətdə geniş yayılaraq ən çox paylaşılan paylaşımlar sırasına daxil olub.

Günel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar