Ru
19:06 / 11 May 2026

Fransa indi də Kipri qarışdırmağa çalışır: Bu Parisə baha başa gələcək

Fransa indi də Kipri qarışdırmağa çalışır: Bu Parisə baha başa gələcək
Eye

Fransa Prezidenti Emmanuel Makron indi də Kipr adasında tarazlığı pozmağa çalışır. Məlumatlara görə, yunanların yaşadığı Cənubi Kiprə Fransa hərbi kontingenti yerləşdirilə bilər.

Bakupost.az xəbər verir ki, 2026-cı ilin aprel-may aylarında Fransa və Cənubi Kipr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi və Fransanın adada hərbi mövcudluğunun artırılması istiqamətində addımlar atılıb.

Tərəflər arasında imzalanan strateji tərəfdaşlıq sazişi quru, hava və raket sistemlərini əhatə edən müdafiə əməkdaşlığını genişləndirir. Eyni zamanda, Fransanın Kipr adasında daimi hərbi qüvvə yerləşdirməsini nəzərdə tutan yeni müqavilələrin imzalanması da gözlənilir.

Razılaşmalara əsasən, Fransa hərbçilərinin adada, xüsusilə "humanitar missiyalar" adı altında yerləşdirilməsi planlaşdırılır.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Bakupost.az-a bildirib ki, Fransanın burada məqsədi bölgəni hərbi cəhətdən öz əhatə dairəsi altına almaqdır:

“Bu yaxınlarda Paris Ermənistanla strateji əməkdaşlıq haqqında müqavilə bağladı. Görünən odur ki, Fransa bir tərəfdən Ermənistanı silahlandırmaq, digər tərəfdən də Kiprin yunan kəsimilə hərbi əməkdaşlığı gücləndirməklə onları Türkiyəyə qarşı qoymağa çalışır. Bu fonda Cənubi Kiprdə Fransa hərbi kontingentinin yerləşdirməsi ideyası ola bilsin gələcəkdə bölgədə Türkiyəyə qarşı hansısa təxribatlara hazırlığın başlanğıcıdır”.

Ekspert qeyd edir ki, Fransanın Cənubi Kiprdə hərbi kontingenti yerləşdirməsi mümkün olsa da, onun bundan təxribat kimi yararlanması nəticə verməyəcək:

“Belə edərsə, Paris sözsüz ki, layiqli cavabını alacaq. Türkiyə ilə zarafat etmək olmaz. Fransa Türkiyədən fərqli olaraq NATO-nun hərbi blokunda təmsil olunmur. Türkiyə təşkilatda hərbi cəhətdən ikinci güclü dövlətdir. Hazırda Avropanın özü də təhlükəsizlik məsələsində daha çox Ankaraya etibar edir, nəinki Parisə”.

Həmsöhbətimiz hesab edir ki, Fransanın bu addımına cavab olaraq, Türkiyə də Şimali Kipr Türk Cümhuriyyətində özünün hərbi kontingentini gücləndirməlidir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar