Fransanın keçmiş iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer yeni hökumətdə müdafiə naziri təyin olunduqdan qısa müddət sonra vəzifədən imtina edib.
Bakupost.az xəbər verir ki, bu barədə Le Mer X sosial şəbəkəsində məlumat yayıb.
O, qərarını müxalifətin tənqidlərindən sonra verdiyini bildirib. İstefa qərarı Fransa hökumətinin formalaşdırılması ilə bağlı danışıqları asanlaşdırmaq məqsədi daşıyır. Prezident onun istefasını qəbul edib.
Qeyd edək ki, 6 oktyabrda Fransa Baş naziri Sebastyan Lekornu da istefa verib. O, son üç ildə vəzifədən gedən beşinci baş nazir olub.