“Sabir Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı Azərbaycanın ilk müstəqil, demokratik qəzeti olan "Azərbaycan" ın ilk nömrəsinin oxuculara çatdırılmasının 36 illiyinə həsr olunub.
Verilişin müəllifi, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, hələ sovet dönəmində belə bir qəzetin çap olunması gözlənilməz bir hadisə idi. Onun sözlərinə görə, bundan 2 il sonra isə Azərbaycan öz müstəqilliyi ilə bağlı konstitusiya aktını qəbul elədi.
S.Rüstəmxanlı qeyd edib ki, Azərbaycan adını daşıyan ilk mətbuat orqanı 19-cu əsrdə Güney Azərbaycanda olub. Bu mətbu orqanından əlavə hazırda 36 yaşını qeyd edən Azərbaycan qəzetinə qədər daha 2 eyniadlı qəzet işıq üzü görüb.
Çox sevindirici haldır ki, onlardan biri ADA Universiteti tərəfindən müasir əlifba ilə yenidən çap olunur. Qəzet 1918-20-ci illərdə dərc olunub. Onun tam küllüyyatı 20 cilddə müasir əlifba ilə işıq üzü görüb. Qəzetin ilk nömrəsi Gəncədə çapdan çıxıb. "Azərbaycan" adında ikinci qəzetimiz isə 1945-46-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin qəzetidir və Seyid Cəfər Pişəvərinin redaktorluğu ilə çap olunub.
Bəs3 eyniadlı qəzeti bir-birindən fərqləndirən və bir-birinin sələfi edən məqamlar nələrdir? Millət vəkili Sabir Rüstəmxanlı "Azərbaycan" qəzeti və eyniadlı digər 2 qəzetlə bağlı diqqətçəkən, milli kimliyimiz üçün önəm daşıyan məqamlara toxunub. Ətraflı videoda...