Ru
23:40 / 06 Oktyabr 2025

ABŞ-da öldürülən ukraynalı qıza görə qanun qəbul edildi: "İrina Qanunu"

ABŞ-da öldürülən ukraynalı qıza görə qanun qəbul edildi: "İrina Qanunu"
Eye

Şimali Karolina ştatında qətllərə nəzarəti gücləndirən qanun qüvvəyə minib.

Bakupost.az xəbər verir ki, Şimali Karolina ştatının qubernatoru Coş Ştayn 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayanın xatirəsinə "İrina Qanunu"nu imzalayıb. Qanun ştatda ictimai nəqliyyatda qətlə yetirilən Zarutskayanın xatirəsini qorumaq və bənzər zorakılıq hadisələrinin qarşısını almaq məqsədilə hazırlanıb.

Qanun layihəsi müəyyən zorakılıq və təkrar cinayətlərə görə nağdsız girovun verilməsini qadağan edir, magistratura və hakimlərin işləri bağlama səlahiyyətini məhdudlaşdırır, ştatın baş hakiminə magistraturanı vəzifədən kənarlaşdırmaq imkanını verir, müttəhimin psixi sağlamlıq müayinəsinin daha ətraflı aparılmasını tələb edir.

Demokrat nümayəndə Steyn qanunu tam dəstəkləməsə də, qeyd edib ki, qanun zorakılıq riskini artıran şəxslərə xüsusi diqqət yetirir. Qubernator isə ölüm hökmünün bərpasına icazə verməyəcəyini vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar