Ru
22:20 / 06 Oktyabr 2025

Bakıda yanğın: 2 nəfər tüstüdən zəhərləndi

Bakıda yanğın: 2 nəfər tüstüdən zəhərləndi
Eye

Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib.

Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Hadisə Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, binanın zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca 30 paq.m telefon və internet kabeli yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar