Ru
22:43 / 06 Oktyabr 2025

Türkiyə və Azərbaycan xarici işlər nazirləri Qəbələdə görüşdü

Türkiyə və Azərbaycan xarici işlər nazirləri Qəbələdə görüşdü
Eye

Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında məlumat verib.

“Həmkarım və dəyərli qardaşım, Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlər Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşməkdən məmnunam. Qardaş müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bütün sahələrdə möhkəmlənməkdə davam edir”, - C.Bayramov bildirib.

Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın hazırkı mərhələsi və perspektivləri müzakirə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar